Interposta.Info

Azərbaycanın referi Çempionlar Liqasının oyununa təyinat aldı
 

İdman
 27-06-2023, 12:12     299

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

"İnterPosta" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, Litvada "Jalgiris” və Şimali Makedoniyanın "Struqa” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsnin ilk oyununu idarə edəcək.

Məsiyevə laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaq.

Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26