Interposta.Info

Azərbaycanlı hakim Ermənistanın oyununa təyinat aldı

İdman
 30-07-2018, 20:34     10 485

Qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

"XeberBiz AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, FİFA referisi Yusif Nurullayev avqustun 20-dən 24-dək Kişinyov şəhərində keçiriləcək Belarus, Ermənistan və Moldova milli komandalarının yer aldığı C qrupunun oyunlarını idarə edəcək.

Futzal üzrə FIFA referisi Ramil Namazov isə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyinat alıb. "Mostar”, "Futsal Gentofte”, "Maccabi Nahalat Yitzhak Tel Aviv” və "Wattcell Futsal Club” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 28-dən sentyabrın 2-dək Bosniya və Herseqovinada təşkil ediləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26