Interposta.Info

UEFA-dan azərbaycanlı hakimə təyinat

İdman
 31-08-2021, 20:57     465

Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

"İnterPosta" xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət İsveçrə və Cəbəllütarıq yığmaları arasında Avropa çempionatının seçmə mərhələ matçını idarə edəcək.

Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, görüş sentyabrın 3-də gerçəkləşəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26