Millimizin Lüksemburqla matçının hakimləri müəyyənləşdi
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq Lüksemburq - Azərbaycan matçının hakim təyinatları açıqlanıb.
"İnterPosta"UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Bosniya və Herseqovinadan olan referilər idarə edəcək. Matçın baş hakimi, FİFA referisi İrfan Peltoya Senad İbrisimbeqoviç və Davor Belyo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Admir Şehoviç yerinə yetirəcək.
Millimiz sentyabrın 1-də Lüksemburqun qonağı olacaq. Sözügedən ölkənin milli arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26