Interposta.Info

"Neftçi"nin Bakıdakı matçını ispan hakimlər idarə edəcək

İdman
 16-07-2021, 15:47     95 846

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində baş tutacaq "Neftçi” – "Olimpiakos” matçının təyinatları açıqlanıb.

"İnterPosta" xəbər verir ki, oyuna İspaniyadan olan hakimlər təyinat alıblar. Baş hakim Rikardo De Burqos Benqoetxea olacaq. Ona Roberto Dias Peres Del Palomar və Yon Nunyes Fernandes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adrian Kordero Veqa yerinə yetirəcək. UEFA nümayəndəsi Natalya Varabyova (Belarus), hakim-inspektor isə Tomaş Mikulski (Polşa) olacaq.

Bu komandalar arasında ilk oyun iyulun 21-i Georgios Karaiskakis stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə iyulun 28-i saat 21:00-da keçiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26