Interposta.Info

"Neftçi" - "Qalatasaray" oyunu şotlandlara tapşırıldı

İdman
 7-09-2020, 12:08     841

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi” və Türkiyənin "Qalatasaray” komandaları arasında keçiriləcək matç üçün hakim təyinatları müəyyənləşib.

"İnterPosta" qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kevin Klensiyə Devid MakGişi və Qrem Stüart yan xətt, Euan Anderson isə dördüncü hakim qismində kömək edəcək. UEFA nümayəndəsi ukraynalı Svetlana Şkil, hakim-inspektor isə albaniyalı Sokol Jaresi olacaq.

Qeyd edək ki, senyabrın 17-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26