Interposta.Info

"Qəbələ" - "Panatinaikos" matçının bütün təyinatlar açıqlanıb

İdman
 30-07-2017, 07:26     10 553

"Qəbələ"nin Yunanıstan "Panatinaikos"u ilə Bakıda keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, görüş Kreyq Pousonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadasına tapşırılıb.

Li Betts və Adam Nunn yan xətt, Kevin Frend dördüncü hakim funksiyasını yerinə yetirəcək. Hakim-inspektor macar Laslo Vaqner, UEFA nümayəndəsi isə xorvat Aloyziye Şuprahadır.

Avqustun 3-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı saat 21:00-da başlayacaq. İlk oyunda "Panatinaikos" qalib gəlib - 1:0.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26