Interposta.Info

"Qəbələ" növbəti mərhələdə - Yeniləndi

İdman
 21-07-2017, 01:48     600

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

interposta.info Axar.az-a istinadən xəbər verir ki, "Qəbələ" Polşada “Yagelloniya”nın qonağıdır. Bakıdakı 1:1 hesablı bərabərlik polşalıların xeyrinədir. Təmsilçimiz üstünlüyü öz lehinə dəyişməlidir.

Qəbələlilər mərhələ adlasa, iki il öncə qarşılaşdığı Yunanıstan “Panatinaikos”una rəqib olacaq.

22:52

"Qəbələ" komandası matçın 18-ci dəqiqəsində İlqar Qurbanovun qolu ilə hesabı açdı: 1-0.

00:20


"Qəbələ" Filip Ozobiçin görüşün 88-ci dəqiqəsində vurduğu qolla üstünlüyünü artırdı: 2-0.

00:37

"Qəbələ" Polşa təmsilçisinə 2-0 qalib gəldi. Bununla komandamız III təsnifat mərhələsinə yüksəldi. Bu mərhələdə rəqib Yunanıstan nəhəngi "Panatinaikos" olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26