Interposta.Info

Çempionlar Liqası: "Neftçi" "Olimpiakos"a uduzur (YENİLƏNİR)

İdman
 28-07-2021, 22:15     425

Çempionlar Liqası: "Neftçi" "Olimpiakos"a uduzur (YENİLƏNİR)

"Neftçi" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

"Ağ-qaralar" II təsnifat mərhələsinin cavab matçında Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq. "Bakcell Arena"dakı görüş saat 21:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı FIFA referisi Rikardo de Burqos idarə edəcək.

Hər iki komanda oyuna ciddi itkilərlə çıxacaq. Flaqmanın heyətində ilk görüşdə ağır zədə almış Namik Ələskərov ilk qarşılaşma qırmızı vərəqə alan Mert Çelik oynaya bilməyəcək. Pirey təmsilçisində isə 8 itki var. Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson matçı buraxacaqlar. Onlardan M.Kamara cəza, digərləri isə zədə səbəbindən Azərbaycan paytaxtına gətirilməyib.

Qeyd edək ki, ilk görüşdə "Neftçi" rəqibinə 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi növbəti mərhələdə "Mura” (Sloveniya) - "Lüdoqorets” (Bolqarıstan) oyununun güclüsü ilə üz-üzə gələcək. Uduzan tərəf isə UEFA Avropa Liqasının III raundunda HİK (Finlandiya) ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

28 iyul
21.00 Neftçi (Azərbaycan) – Olimpiakos (Yunanıstan) 0:1
Qol: Giorqos Masuras, 15.
Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 14. Romen Bask, 24. Yusuf Laval, 26. Ömər Buludov. 29. Samir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 4. Basto, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov.
Olimpiakos: 88. Konstantinos Tsolakis, 3. Ruben Semedu, 9. Ahmed Hassan, 18. Pyer Kunde, 19. Giorqos Masuras, 24. Husseynu Ba, 25. Svetozar Markoviç, 27. Kenni Lala, 28. Matyö Valbuena, 66. Pape Sisse. 90. Vasilis Surlis.
Ehtiyat oyunçular: 1. Tomaş Vaslik, 31. Eqmundur Kristinsson, 44. İlias Karagiris, 11. Yussef Al-Arabi, 12. Alqasim Ba, 17. Marius Vrusai, 20. Nikola Çumiç, 34. Avraam Papadopulos, 97. Lazar Ranceloviç, 53. Nikitas Nikolis, 55. Kristos Lyatsos.
Baş məşqçi: Pedro Martins.
Hakimlər: Rikardo De Burqos Benqeotxeya, Roberto del Palomar, Yon Nunyes, Adrian Kordero (İspaniya).
Hakim-inspektor: Tomaş Mikulski (Polşa).
Bakı. Bakcell Arena./qaynarinfo
(ilk oyun - 0:1)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26