Interposta.Info

"Olimpiakos"la oyunda ağır zədələnən millimizin üzvü: "Hər şey yaxşıdır"

İdman
 22-07-2021, 15:10     17 810

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Yunanıstanda keçirilən "Olimpiakos”la səfər oyununda ağır zədə alan "Neftçi”nin hücumçusu Namiq Ələsgərov sosial şəbəkə hesabında paylaşım edib.

"İnterPostq" xəbər verir ki, 26 yaşlı futbolçu öz instaqram səhifəsində fotosunu paylaşaraq bunları qeyd edib: "Hər şey yaxşıdır. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm”.

43-cü dəqiqədə rəqib futbolçu, "Olimpiakos"un yeganə qolunun müəllifi Məhəmməd Kamaranın kobud oyunundan sonra sifətindən qan açılan Ələsgərov görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. Futbolçunun burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar aşkarlanıb.

"Neftçi” bu oyundan minimalhesablı məğlubiyyətlə ayrılıb - 0:1.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26