Interposta.Info

Millimizin oyunu slovakiyalı hakimlərə tapşırıldı
 

İdman
 16-09-2021, 14:30     101

Qadınlardan ibarət Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Danimarka millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Zuzana Valentovaya Maria Sukenikova, Miroslava Pastorekova kömək edəcək. Dördüncü hakim funksiyasını Mariya Krçova yerinə yetirəcək.

Qarşılşama Sentyabrın 21-də "ASK Arena"da saat 20.00-da baş tutacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26