Interposta.Info

Çempionlar Liqası: “Qarabağ” bu gün cavab oyununa çıxacaq
 

Ölkə
 12-07-2022, 09:28     414

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq.

"İnterPosta"nın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Polşa “Lex”ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edəcək.

Oyun öncəsi Ağdam klubunun heyətində hər hansı itki yoxdur. Qonaqlardan isə polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən matçı buraxacaq.

“Köhlən atlar” Poznandakı ilk qarşılaşmada rəqibinə minimal hesabla uduzub - 0:1.

Çempionlar Liqası, I təsnifat mərhələsi

Cavab oyunu

12 iyul

20:00. “Qarabağ” - “Lex” (Polşa)

Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper (hamısı İngiltərə)

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə qarşılaşacaq. Uduzan komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlub olan tərəfi ilə üz-üzə gələcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26