Interposta.Info

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq

İdman
 5-07-2022, 09:27     128

“Köhlən atlar” I təsnifat mərhələsinin ilk oyununda Polşa “Lex”inin qonağı olacaq. Poznan şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.

Oyun öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Meydan sahiblərindən isə iki futbolçu oyunu buraxacaq. Polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün meydana çıxmayacaqlar.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

5 iyul

22:00. “Lex” (Polşa) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Xose Luis Munuera

Poznan, “Poznan” stadionu.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 7-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə “Sürix’’i ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26