Interposta.Info

Konfrans Liqası: "Neftçi", "Zirə" və "Qəbələ"nin rəqibləri müəyyənləşdi (YENİLƏNİB)

İdman
 15-06-2022, 16:01     608

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.

"İnterPosta"xəbər verir ki, püşkatmada Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.

Püşkün nəticəsinə əsasən, "Qəbələ" bu raundda "Fehervar” (Macarıstan) ilə üz-üzə gələcək. "Zirə" İsrailin "Makkabi” (Təl-Əviv) klubu ilə qarşılaşacaq. "Neftçi" isə "Aris”ə (Kipr) rəqib olub.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.

05.58

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

"İnterPosta"-nın məlumatına görə, Azərbaycan təmsilçilərindən "Neftçi", "Zirə" və "Qəbələ"nin də mümkün rəqibləri bəlli olacaq.

Saat 15:00-da başlayacaq püşkatma zamanı "Neftçi” səpələnmiş, digər iki komanda səpələnməmişlər səbətində yer alacaq.

"Ağ-qaralar" bu raundda "Dinamo" (Minsk, Belarus) – "Deçiç" (Monteneqro) və ya "Saburtalo” (Gürcüstan) – "Partizani” (Albaniya) cütünün qalibi ilə, həmçinin "Aris” (Kipr), "Makedoniya” (Şimali Makedoniya) və "Velej”lə (Bosniya və Herseqovina) görüşə bilər.

"Qəbələ"nin mümkün rəqibləri APOEL (Kipr), "Başakşehir” (Türkiyə), "Fehervar” (Macarıstan), "Aris” (Yunanıstan), "Radniçki” (Serbiya), "Zirə"də isə "Dinamo” (Tbilisi, Gürcüstan) – "Payde” (Estoniya) cütünün qalibi, BATE (Belarus), "Kayrat” (Qazaxıstan), "Universtatya” (Krayova, Rumıniya), "Makkabi” (Təl-Əviv, İsrail) komandalarıdır.

UEFA Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"inə uduzsa, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zrinski” (Bosniya və Herseqovina) – "Şerif” (Moldova), "Slovan” (Slovakiya) – "Dinamo” (Batumi, Gürcüstan), "Düdelanj” (Lüksemburq) – "Tirana” (Albaniya), "Şemrok Rovers” (İrlandiya) – "Hibernians” (Malta), "Levadiya” (Estoniya) – "Vikinqur” (İslandiya) cütlərindən birinin məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26