Konfrans Liqası: "Qarabağ" pley-off yolunada

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
"İnterPosta"xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandası ilə qarşılaşacaq. Saat 20:00-da başlayacaq matçı estoniyalı FIFA referisi Kristo Tover idarə edəcək.
"Köhlən atlar"ın heyətində 3 itki var. Müdafiəçilər Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədə səbəbindən oyunu buraxacaq. Qonaqlarda isə Entoni Georgiu koronavirusa yoluxduğu üçün oynamayacaq.
Qeyd edək ki, Kiprdəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi pley-offda "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) matçının güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında birinci qarşılaşma Şotlandiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
12 avqust
20:00. Qarabağ (Azərbaycan) - AEL (Kipr)
Hakimlər: Kristo Tover, Silver Koyv, Step Klaasen, Karl Koppel (Estoniya).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
İlk oyun - 1:1.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26