Interposta.Info

“Qarabağ“ Sileks“lə oyuna bu heyətlə çıxacaq - SİYAHI

İdman
 18-08-2020, 10:15     739

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Makedoniya "Sileks"i ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.

"İnterPosta" qurumun rəsmi saytına istinadən məlumatına görə, siyahıda 21 futbolçunun adı yer alıb.

Avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.

Bunlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü isə hücumçudur.

Qapıçılar: Emil Balayev, Şahruddin Məhəmmədəliyev, Ayhan Arazlı

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev (k), Rauf Hüseynli, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina

Yarımmüdafiəçilər: Qara Qarayev, Uroş Matiç, Xayme Romero, Abdullah Zubir, İmayıl İbrahimli, Filip Ozobiç, Toral Bayramov, Donald Gerye, Ruslan Hacıyev

Hücumçular: Mahir Emreli, Kvabena Ovusu, Musa Qurbanlı

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26