Interposta.Info

Əliyar Ağayev Avropa çempionatının açılış oyununu idarə edəcək

 

İdman
 19-06-2023, 15:23     294

Azərbaycanın FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının açılış oyununu idarə edəcək.

"İnterPosta" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, iyulun 21-də Gürcüstanın paytaxtı Tiflisdəki Mesxi stadionunda Belçika və Niderland yığmalarının matçında iş başında olacaq.

Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq.

Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi UEFA U-21 Avropa çempionatının final qarşılaşması 9 iyulda keçiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26