Interposta.Info

Azərbaycan millisindən möhtəşəm qələbə

İdman / Manşet
 23-09-2022, 09:53     101

Azərbaycan millisi növbəti oyununu keçirib.

"İnterPosta"nın məlumatına görə, yığmamız Millətlər Liqasının V turunda meydana çıxıb.

C liqasının 3-cü qrupunda mübarizə aparan komandamız son səfər sınağında Slovakiyanın qonağı olub. Canni de Byazinin yetirmələri Trnava sınağında azarkeşlərini sevindirib.

Millimiz qarşılıqlı hücumlarla keçən ilk yarının sonlarında hesabı açıb. Renat Dadaşov meydan sahiblərini məyus edib.

Slovakiyalılar ikinci hissədə böyük qüvvə ilə irəli atılıb. Rəqibin təzyiqinin qarşısını inamla alan yığmamız əks-hücumlada meydan sahiblərinə həyəcanlı anlar da yaşadıb.

Son dəqiqələrdə komandalar hərəyə bir qol vursa da, üstünlüyünü sonadək qorumağa nail olan millimiz 2:1 hesablı qələbə qazanıb. Bu səfər qələbəsi yığmamıza C liqasında yerini təmin etmək imkanı verib.

Qeyd edək ki, yığmamız sentyabrın 25-də Bakıda Qazaxıstanla görüşəcək.

Millətlər Liqası, V tur
C liqası, 3-cü qrup
22 sentyabr

Slovakiya – Azərbaycan - 1:2
Qollar: Erik Yirka, 90+3 (pen.) - Renat Dadaşov, 44, Höccət Haqverdi, 90+5
Baş hakim: Vilyarm Kallum (Şotlandiya)
Slovakiya: 1. Marek Rodak, 5. Lübomir Şatka, 7. Kristian Vallo, 14. Milan Şkrinyar (k), 8. Laslo Beneş, 16. David Hantsko, 21. Matuş Bero, 22. Stanislav Lobotka, 17. Martin Reqali, 18. Erik Yirka, 9. Robert Bojenik
Ehtiyat oyunçular: 12. Frantişek Plax, 23. Dominik Takaç, 2. Peter Pekarik, 3. Vernon de Marko, 4. Martin Valyent, 15. Norbert Gimber, 6. Miroslav Kaçer, 13. Patrik Qoroşovski, 20. Kristian Herts, 10. Adam Zrelyak, 11. Samuel Mraz, 19. David Dyuriş
Baş məşqçi: Françesko Kalzona
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 15. Bədavi Hüseynov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 5. Cəlal Hüseynov, 13. Abbas Hüseynov, 16. Anton Krivotsyuk, 7. Anatoli Nuriyev, 16. Elvin Camalov, 17. Toral Bayramov, 19. Filip Ozobiç, 22. Aleksey İsayev, 10. Musa Qurbanlı/qaynarinfo
Baş məşqçi: Canni de Byazi
Trnava. Anton Malatinski stadionu

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26