Interposta.Info

Azərbaycan millisi Lüksemburqa uduzdu

İdman
 5-09-2020, 22:43     475

Bu gün milli komandamız UEFA Millətlər Liqasının 2020/21 mövsümündə ilk oyununa çıxıb.

Bu görüş baş məşqçi Canii De Byazinin yığmamızda ilk sınağı olub. Lüksemburq seçməsinə qarşı oyun Bakı Olimpiya Stadionunda keçirilib.

26-cı dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə alan Mahir Emreli komandamızı azlıqda qoyub. Yığmamız meydanda azlıqda qalsa da, 43-cü dəqiqədə hesabı açıb. Namiq Ələsgərovun ötürməsindən sonra Ramil Şeydayev topu başla qapıya göndərib. 48-ci dəqiqədə Anton Krivotsyuk avtoqola imza ataraq bərabərliyin təmin olunmasına səbəb olub. 72-ci dəqiqədə isə cəmi 5 dəqiqə əvvəl meydana çıxan Adil Nağıyev əllə oynayıb və hakim penalti təyin edib. Topa yaxınlaşan Gerson Rodriges Lüksemburqun qələbə qolunu vurub - 2:1.

UEFA Millətlər Liqası
C Liqası, I qrup
5 sentyabr

Azərbaycan - Lüksemburq 1:2
Qollar: Ramil Şeydayev, 43 - Anton Krivotsyuk, 48 (avtoqol). Gerson Rodriges, 72-pen.
Qırmızı vərəqə: Mahir Emreli, 26.
Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Namiq Ələsgərov (14. Adil Nağıyev, 67), 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 18. Anton Krivotsyuk, 19. Təmkin Xəlilzadə (7. Araz Abdullayev, 77), 10. Mahir Emreli, 11. Ramil Şeydayev (9. Renat Dadaşov, 58).
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov, 3. Coşqun Diniyev, 8. Emin Mahmudov, 13. Abbas Hüseynov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni de Byazi.
Lüksemburq: 1. Anthoni Moris, 5. Vahid Selimoviç, 7. Lars Gerson, 8. Kristofer Martins, 10. Gerson Rodriges, 11. Vinsen Till (22. Aldin Skenderoviç, 90+1), 13. Dirk Karlson, 15. Olivye Till (9. Danel Sinani, 58), 16. Leandro Barreyro, 18. Laoren Yans (k), 21. Mauritse Devill (11. Stefano Bensi, 52).
Ehtiyat oyunçular: 12. Ralf Şon, 23. Tim Kips, 2. Enes Mahmutoviç, 3. Tim Holl, 4. Kevin Malget, 19. Marvin Martens, 6. Florian Bohnert, 17. Alessio Kurçme, 20. Edvin Muratoviç.
Sarı vərəqələr: Təmkin Xəlilzadə, 63. 14. Adil Nağıyev, 72. Qara Qarayev, 90+2.
Baş məşqçme: Lük Holts.
Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni
Bakı Olimpiya Stadionu

Xatırladaq ki, Azərbaycan yığması 3 gün sonra Millətlər Liqasında Kiprin qonağı olacaq./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26