Interposta.Info

İran ABŞ Prezidentinə qarşı mümkün sui-qəsd cəhdləri ilə əlaqəsini rədd edib
 

Dünya
 Bu gün, 19:12     1 889

Tehran heç vaxt ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdlərini dəstəkləməyib.

"İnterPosta" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

Onun sözlərinə görə, İranın guya belə hərəkətlərdə iştirak etməsi barədə bəyanatlar İsrailin Baş naziri Benyamin Netanyahunun ritorikasının bir hissəsidir.

"Netanyahu xalqınızı və Prezidentinizi (ABŞ - red.) bunun həqiqət olduğuna inandırmağa çalışır. Lakin bu, həqiqətə uyğun deyil. Onun öz planları var: o, ABŞ-ni sonsuz müharibələrə cəlb etməyə, bütün regionda daha çox qeyri-sabitlik, qeyri-müəyyənlik və xaos yaratmağa çalışır", - M.Pezeşkian vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26