Interposta.Info

İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib
 

Dünya
 Dünən, 19:09     2 165

İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri Roman Starovoyt özünü güllələyib.

“İnterPosta” xəbər verir ki, bu barədə Rusiya KİV-i mənbələrə istinadən məlumat yayıb.

"Roman Starovoytun cəsədi Odintsovo şəhər dairəsindəki evində tapılıb", - mənbə bildirib.

Məlumata görə, R.Starovoyta qarşı Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov ifadə verib. A.Smirnov aprel ayında Ukrayna ilə sərhəddə müdafiə qurğularının tikintisi üçün ayrılmış azı 1 milyard rublu mənimsəmə işi ilə bağlı həbs edilib.

Qeyd edək ki, R.Starovoyt 2024-cü ilin may ayından bu vəzifəni tuturdu. Bundan əvvəl o, Kursk vilayətinin qubernatoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin onun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26