Interposta.Info

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

İdman
 22-09-2022, 09:57     328

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq.

Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Uilyam Kollamın başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edəcək.

Meydan sahiblərində cəzalı Yuray Kuçka, Azərbaycan komandasında isə Mahir Emreli eyni səbəbdən meydana çıxa bilməyəcək. Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq.

22 sentyabr

UEFA Millətlər Liqası

V tur

22:45. Slovakiya - Azərbaycan

Baş hakim: Uilyam Kollam

Trnava. Antona Malatinski stadionu

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də VI - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26