Interposta.Info

Qətər - Azərbaycan: Heyətlər açıqlandı (YENİLƏNİR)

İdman
 27-03-2021, 20:37     477


Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Canni De Byazinin baş məşqçi olduğu komanda Qətər yığması ilə üz-üzə gələcək.

Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

Azərbaycan yığması bu komanda ilə üçüncü dəfə qarşılaşacaq. 2013-cü ildəki ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.

Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.

21.00 Qətər - Azərbaycan
Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 4. Məhəmməd Vaad, 7. Ahmed Alaeldin, 10. Hassan al-Haydos, 15. Bassam Əl-Ravi, 16. Bualem Xuxi, 18. Elamin, 19. Almoez Əli, 20. Abdulsalam, 23. Assim Madibo.
Baş məşqçi: Feliks Sançes.
Azərbaycan: 1. Emil Balayev (k), 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 5. Şəhriyar Əliyev, 7. Anatoli Nuriyev, 9. Ramil Şeydayev, 10. Mahir Emreli, 16. Aleksey İsayev, 19. Təmkin Xəlilzadə, 20. İsmayil İbrahimli, 22. Tellur Mütəllimov.
Baş məşqçi: Canni de Byazi.
Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya).
Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26