Interposta.Info

Azərbaycanın şahmat yığması Avropa çempionatında Ermənistanı məğlub edib

İdman
 4-11-2017, 07:25     9 897

Yunanıstanda keçirilən şahmat üzrə Avropa komanda çempionatının 6-cı turunda Azərbaycan yığması Ermənistan millisi ilə qarşılaşıb.

“Report” xəbər verir ki, Azərbaycan millisi rəqibi 2.5:1.5 hesabı ilə məğlubiyyətə uğradıb.

Komandaların bir nömrələrinin qarşılaşmasında Şəhriyar Məmmədyarov Levon Aronyana uduzub.

Üçüncü lövhədə komandanın digər üzvü Arkadi Naydiç isə erməni rəqibi Qabriel Sarqsyanla heç-heçə edib.

İkinci lövhədə ağ fiqurlanla oynayan Teymur Rəcəbov 52-ci gedişdə Sergey Movsesyanı, komandanın 4 nömrəsi Rauf Məmmədov isə 92-ci gedişdə Qrant Melkumyanı məğlub edib.

Bu, Ermənistan yığmasının turnirdə üç qələbə və iki heç-heçədən sonra ilk məğlubiyyəti olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26