Interposta.Info

Şahmat üzrə Azərbaycan milli komandası Avropa çempionu olub

İdman
 7-11-2017, 07:27     7 087

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub.

"Report"un məlumatına görə, bu nailiyyət Yunanıstanın Krit adalarında az əvvəl başa çatan nüfuzlu yarışda əldə olunub.

Sonuncu turda Azərbaycan yığması Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib - 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan olunub. İkinci yeri Rusiya,

3-cü yeri isə Ukrayna tutub.

Avropa çempionatı, IX tur

16:00. Azərbaycan - Ukrayna - 2:2

Şəhriyar Məmmədyarov - Pavel Elyanov - 0,5:0,5

Yuri Krivoruçko - Teymur Rəcəbov - 0,5:0,5

Arkadi Naydiç - Ruslan Ponomaryov - 0,5:0,5

Yuri Kuzubov - Rauf Məmmədov - 0,5:0,5

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26