Interposta.Info

Teymur Rəcəbov Dünya Kubokunda yarımfinala yüksəldi

İdman
 24-09-2019, 19:42     10 485

Sentyabrın 24-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin dörddəbir final mərhələsinin cavab partiyaları oynanılıb.

Virtualaz.org bildirir ki, bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Cefferi Xionq ilə qarşılaşıb. Birinci görüşünü heç-heçə edən şahmatçımız cavab partiyasında rəqibini məğlub edərək yarımfinala yüksəlib.

T.Rəcəbovun yarımfinalda rəqibi fransalı Maksim Vaşe-Laqrav və Ermənistan təmsilçisi Levon Aronyan duelinin qalibi olacaq.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar. Ş.Məmmədyarov isə səkkizdəbir finalda komanda yoldaşı T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26