Interposta.Info

Teymur Rəcəbov erməni rəqibini məğlub edərək çempion oldu (YENİLƏNİB)

İdman
 4-01-2021, 08:54     560

Bu gün "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən "Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunub.

"İnterPosta" xəbər verir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparıb.


Matç Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb.

Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalibi 60 000 ABŞ dolları gözləyir.

Qeyd edək ki, Teymur Rəcəbov dünən birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edib. Birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən Teymur Rəcəbov dördüncü partiyada rəqibi üzərində inamlı qələbə qazanıb.

12:58

Bu gün "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən "Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunacaq.

"İnterPosta"-nın məlumatına görə, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparacaq.

Azərbaycan şahmatçısı artıq birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edib. Birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən Teymur Rəcəbov dördüncü partiyada rəqibi üzərində inamlı qələbə qazanıb.

Qeyd edək ki, "Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran Teymur Rəcəbov dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubova qalib gəlib.

Turnir bu gün başa çatacaq. Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 000 ABŞ dolları qazanacaq.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26