Interposta.Info

Rəcəbov finalda Aronyanla oynayacaq

İdman
 2-01-2021, 11:52     510

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin finalına yüksəlib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı şahmatçı yarımfinalda rusiyalı Daniil Dubovu mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib.

İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən Rəcəbov ikinci matçını bu gün keçirib. Qrossmeysterimiz növbəti duelinin ilk 2 oyunda qələbə qazandığından ən azı heç-heçəni təmin edib və digər qarşılaşmaların əhəmiyyəti qalmayıb. Bu səbəbdən də həmyerlimiz finala yüksəlib. O, reqlamentə əsasən yanvarın 2-də və 3-də həlledici qarşılaşmalara çıxacaq. İki görüşün nəticəsinə əsasən çempion müəyyənləşməsə, tay-brek oynanılacaq.

Finalda isə həmyerlimizin rəqibi Maksim Vaşye-Laqrava (Fransa) qalib gələn Levon Aronyan (Ermənistan) olacaq.

Qeyd edək ki, yarımfinalda uduzan Dubovla Vaşye-Laqrav 3-cü yer üçün oynayacaqlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26