Interposta.Info

Teymur Rəcəbov erməni rəqibinə qalib gəldi FOTO

İdman
 2-01-2021, 21:45     522

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov növbəti görüşünü keçirib.

"İnterPosta" xəbər verir ki, 33 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Azərbaycanlı qrossmeyster bu mərhələdə erməni rəqibi üzərində 2,5 , 1,5 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib. Turnirin qalibi 60 min dollar qazanacaq.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26