Teymur Rəcəbov yarımfinalda mübarizəyə başlayır
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün ilk oyunlarını keçirəcək.
34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.
Rəcəbov 1/4 finalda niderlandlı Aniş Girini, So isə polşalı Yan Kşiştof Dudanı mübarizədən kənarlaşdırıb.
Yarımfinal görüşləri əvvəlki raund kimi iki gün davam edəcək. Onlar hər gün 4 oyun keçirəcəklər. İki gündə qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq.
Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravı sınağa çəkəcək.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq./report
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26