Interposta.Info

Çempionlar Liqası: Sonuncu yarımfinalçılar müəyyənləşir

İdman
 13-04-2022, 09:50     362

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

"İnterPosta"-nın məlumatına görə, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.

İngiltərə təmsilçilərindən "Liverpul" cavab oyununu evdə, "Mançester Siti" isə səfərdə keçirəcək. Mersisaydlılar ilk matçda Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi "Benfika"nı qəbul edəcək. Görüşün baş hakimi niderlandlı Serdar Gözübüyük olacaq.

"Mançester Siti" isə İspaniyada Madrid "Atletiko"sunun qonağı olacaq. "Şəhərlilər" evdəki ilk görüşdə minimal hesablı qələbə qazanıb. Matçı almaniyalı Daniel Zibert idarə edəcək.

Qeyd edək ki, yarımfinalda "Liverpul" - "Benfika" cütünün qalibi İspaniya "Vilyarreal" ilə, "Atletiko" (Madrid) - "Mançester Siti" görüşünün güclüsü isə İspaniya "Real Madrid" ilə qarşılaşacaq.

Çempionlar Liqası
1/4 final
Cavab oyunları

13 aprel
23.00 "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya)
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun - 3:1

23.00 "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Baş hakim: Daniel Zibert (Almaniya)
İlk oyun - 0:1

İnterPosra.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26