Interposta.Info

"Beşiktaş" "Qarabağ"ın futbolçusunu transfer edir -

İdman
 18-12-2017, 10:27     10 495

"Qarabağ”dakı çıxışı ilə diqqətləri üzərində toplayan Mahir Mədətov "Beşiktaş”ın maraq dairəsindədi.

Qaynarinfo xəbər verir ki, Şenol Günəş da futbolçuya göz qoyub, hətta Bakıya səfəri zamanı Mahirlə bağlı Qurban Qurbanovdan məlumatlar alıb. Bu barədə məlumatı "Futbol+” qəzeti yayıb.

Məlumatda qeyd olunur ki, "Qarabağ” rəhbərliyi və Qurbanov özü də gənc futbolçunun legioner həyatı yaşamasında maraqlıdı. Keçidin detalları danışıqlar masası ətrafında dəqiqləşdiriləcək.

Bu məqsədlə İstanbuldan Bakıya "Beşiktaş”ın rəsmiləri gəlir. Qonaqlar artıq bu gün paytaxtımızda olacaqlar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26