Interposta.Info

"Beşiktaş" penaltilərdə məğlub oldu

İdman
 21-04-2017, 09:26     513

Bu gün Avropa Liqasının 1/4 final mərhələsi başa çatır.
Axar.az xəbər verir ki, keçiriləcək 4 oyunla yarımfinalçılar bəlli olacaq.
Azərbaycanlı futbolsevərlər üçün böyük maraq kəsb edən oyun İstanbulda keçiriləcək. “Beşiktaş” doğma meydanda “Lion”u qəbul edəcək. Fransada keçirilən ilk görüşdə 1:2 hesabı ilə uduzan “qara qartallar”a növbəti mərhələyə keçmək üçün minimal hesablı qələbə də kifayət edir.

23:33

Talişka "Beşiktaş"ın heyətində görüşün 27-ci dəqiqəsində hesabı açdı: 1-0.

23:44

"Lion"un futbolçusu Lakazatte matçın 34-cü dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1.

00:29

"Beşiktaş" Talişkanın qarşılaşmanın 58-ci dəqiqəsində vurduğu qolla hesabda önə keçdi: 2-1.

00:55

"Beşiktaş"la "Lion" arasındakı görüş Türkiyə təmsilçisinin 2-1 hesablı qələbəsi ilə başa çatdı. Ümumi hesab bərabərləşdiyi üçün əlavə 30 dəqiqə oynanılacaq.

01:34

Əlavə vaxtda da hesab dəyişmədi. Matçda qalibi müəyyən etmək üçün penaltilərdən istifadə ediləcək.

01:50

"Beşiktaş" "Lion"a penaltilərdə 7-6 məğlub olaraq Avropa Liqasında mübarizəni dayandırdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26