Interposta.Info

Bakı Olimpiya Stadionundan “Beşiktaş”a dəstək –

İdman
 22-11-2017, 10:42     8 733

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Beşiktaş” öz meydanında “Portu” ilə 1-1 hesablı bərabərliyə qalıb.

interposta.info-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Azərbaycanda da böyük azarkeş kütləsi olan “Beşiktaş”a Bakı Olimpiya Stadionundan maraqlı dəstək verilib.

Belə ki, matçın gedişində stadion “Beşiktaş”ın rəngləri olan ağ-qaraya bürünüb və kubokun önündə “Come to Beşiktaş” sözləri yazılıb.

Qeyd edək ki, “ağ-qaralar” sona 1 tur qalmış qrup lideri kimi 1/8 finala vəsiqəni təmin edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26