Caner Erkin "Beşiktaş"da qalır

"Beşiktaş"da icarə əsasında çıxış edən Caner Erkin gələn mövsüm də də komandada qalacaq.
Qol.az-ın xəbərinə görə, Türkiyə millisinin üzvü bunu "Fanatik"ə açıqlamasında özü deyib.
"Beşiktaş"a öz istəyimlə gəlmişəm. Burda olmaqdan məmnunam. Gələn mövsüm də "Beşiktaş"ın formasını geyinəcəm" - deyə o bildirib.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi müqavilə ilə Milan "İnter"inə məxsusdur.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26