Şenol Günəş və futbolçular polisə çağırılıb
Türkiyə Kubokunun yarımfinal mərhələsində keçirilən “Fənərbaxça” – “Beşiktaş” matçı ilə bağlı istintaq davam edir.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 57-ci dəqiqədə yarımçıq dayandırılan qarşılaşmanın bəzi iştirakçıları polis bölməsinə çağırılıb.
Belə ki, “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş, qapıçısı Tolqa Zəngin, müdafiəçisi Caner Erkin və yarımmüdafiəçisi Rikardo Kuarejma zərərçəkən şəxs kimi ifadə vermək üçün bölməyə gedəcəklər.
Qeyd edək ki, adıçəkilən görüşdə hesab 0:0 olarkən azarkeşlərin meydana yad əşyalar atması səbəbindən Şenol Günəşin başı yarılmış, “Beşiktaş”ın futbolçuları isə fanatlarla mübahisəyə girişmişdilər. Komandalar arasında baş tutan ilk qarşılaşmada isə 2:2 hesabı qeydə alınmışdı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26