Interposta.Info

UEFA Avropa Liqası:

İdman
 4-10-2018, 23:04     10 556

UEFA Avropa Liqasının II turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Report" xəbər verir ki, qonaqların heyətində Sokratis Papastathopoulos (4-cü dəqiqə), Smith-Rov (53-cü dəqiqə) və Metteo Genduzi (80-ci dəqiqə) fərqləniblər.

E qrupunun digər matçında Ukrayna “Vorskla”sı evdə Portuqaliyanın “Sportinq” kollektivini qonaq edib. Oyun lissabonluların qələbəsi ilə başa çatıb.

Bu nəticələrdən sonra “Arsenal” və “Sporinq” 6 xalla liderliyi bölüşürlər. İlk turda da uduzan “Vorskla”la ilə “Qarabağ” 3 və 4-cü pillələrdə qərarlaşıblar.

****

UEFA Avropa Liqasının II turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında qarşılaşmada qonaqlar hesabda növbəti dəfə önə çıxıblar.

"Report" xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində "Arsenal"ın oyunçusu Metteo Genduzi hesab arasındakı fərqi 3:0-a çatdırıb. "Qarabağ" - "Arsenal" - 0:3

****

Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir.

Ölkəmizi turnirdə təmsil edən "Qarabağ" Bakıda İngiltərə nəhəngi "Arsenal"ı qəbul edir.

Oyun Bakı Olimpiya Statdionunda keçirilir.

***

Matçın 4-cü dəqiqəsində "Arsenal"ın oyunçusu Sokratis hesabı açıb: 1 - 0.

****

UEFA Avropa Liqasının II turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında qarşılaşmada qonaqlar ikinci dəfə hesabda irəli çıxıblar.

Qarşılaşmanın 53-cü dəqiqəsində "Arsenal"ın oyunçusu Smith-Rov topu "Qarabağ"ın qapısından keçirib: 2:0

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26