Interposta.Info

“Qarabağ” “Beşiktaş”a yox dedi

İdman
 28-08-2017, 12:27     10 017

Türkiyənin "Beşiktaş” klubu sentyabrın 2-də Bakıda yoxlama oyunu keçirmək üçün "Qarabağ”a təklif göndərib.

interposta.info
fanat.az-a istinadən xəbər verir ki, Türkiyə çempionu DÇ-2018-in seçmə matçları ilə əlaqədar daxili çempionatda yaranacaq fasilə zamanı Bakıda hər iki komandanın iştirakı ilə yoldaşlıq matçı keçirmək istəyib. Bu oyun həm də "qara qartal”ın Azərbaycandakı çoxsaylı azarkeşlərinə hədiyyə olacaqmış.

Amma Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması səbəbindən iş yükünün çoxalması, eləcə də futbolçuların əksəriyyətinin milli komandalarının düşərgəsində olması ilə əlaqədar "Qarabağ” bu təklifə mənfi cavab verib.

"Qarabağ”ın direktoru Əmrah Çəlikəl qol.az-a açıqlamasında məlumatı təsdiqləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26