Interposta.Info

Astan Şahverdiyev:

Gündəm
 24-08-2017, 16:00     9 127

Millət vəkili Astan Şahverdiyev “Qarabağ FK”-nın qələbəsi ilə bağlı münasibət bildirib.

interposta.info
xəbər verir ki, A24.az-ın əməkdaşıyla söhbətində millət vəkili “Qarabağ FK” ilə maraqlanmadığını deyib:

“Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, Qarabağ Futbol Klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi “Qarabağ” məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarılar. Bu, artıq bayram olar. ”

Qeyd edək ki, “Qarabağ” FK” ötən gün Azərbaycan klubları arasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26