Interposta.Info

“Qarabağ”ın səfər matçı canlı yayımlanacaq

İdman
 15-07-2017, 19:52     939

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Qarabağ” Gürcüstan çempionu “Samtredia”nın qonağı olacaq.

Axar.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər qarşılaşmanı izləyə biləcəklər.

Belə ki, iyulun 18-də Boris Payçadze adına stadionunda keçiriləcək görüş “İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” ilk matçda Bakıda “Samtredia”nı 5:0 hesabı ilə məğlub edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26