Interposta.Info

AZAL 1,8 mln. manatlıq üç helikopterini hərraca çıxaracaq

Gündəm
 27-07-2022, 15:17     379

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) balansında olan üç Airbus helikopteri sentyabrın 1-i tarixində hərraca çıxarılacaq.

Əmlak Məsələləri Dövlət Xidmətindən "İnterPosta"ya verilən məlumata görə, hərracda çıxarılacaq helikopterlərin ikisi 2005-ci il istehsalı olan EC-155B1 markalı, biri isə 2009-cu il istehsalı olan EC-135P2 markalı helikopterlərdir.

Hər üç helikopterin start qiyməti 1,8 mln. manat təşkil edir.

Hərracda iştirak etmək üçün sifariş verən (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəyən) şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26