Interposta.Info

Surət Hüseynovun zavodunu alan olmadı

Müxtəlif
 6-09-2017, 16:57     10 488

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılan Azərbaycanın 4-cü baş nazirinin vaxtilə rəhbərlik etdiyi zavodu alan olmayıb.

Komitədən Axar.az-a verilən məlumata görə, 5 sentyabr tarixində keçirilən hərracda özəlləşdirilməyən əmlaklar təkrar hərraca çıxarılıb. Bunlar arasında növbəti dəfə hərraca çıxarılan əmlaklardan biri də Surət Hüseynovun vaxtilə rəhbərlik etdiyi “Yevlax Yun” səhmdar cəmiyyətidir.

Səhmləri özəlləşdirməyə çıxarılan əmlaklar arasında ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Yun“ Açıq Səhmdar Cəmiyyətidir. Adıçəkilən əmlakın səhminin 20%-i 240 min manata yaxındır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26