Interposta.Info

Surət Hüseynovun zavodu hərraca çıxarıldı

Ölkə
 7-08-2017, 13:12     10 248

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanın 4-cü baş nazirinin əmlakını satışa çıxarıb.

interposta.info
xəbər verir ki, Komitədən Axar.az-a verilən məlumata görə, 5 sentyabr tarixində keçiriləcək hərracda Surət Hüseynovun “Yevlax Yun” səhmdar cəmiyyəti satışa çıxarılacaq. Auksionda təqdim ediləcək 66 dövlət əmlakından biri də S.Hüseynovundur.

Qeyd edək ki, ümumilikdə özəlləşdirilməyə çıxarılan 66 əmlakdan 22-i kiçik dövlət müəssisə və obyekti, 17-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i səhmdar cəmiyyəti, 7-i isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinə “Yevlax Yun”, “Masazır Quşçuluq”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Mingəçevir Qum Çınqıl”, “Ağcabədi Aqrotexservis”, “Zaqatala Sənaye Kombinatı” aiddir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26