Interposta.Info

Azərbaycanda üç helikopter hərraca çıxarılır

 

Müxtəlif / Manşet
 27-01-2022, 19:38     173

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca çıxarılan dövlət əmlakının, nəqliyyat vasitələrinin müxtəlif olması alıcıların marağına səbəb olur.

"İnterPosta" nazirliyə istinadən xəbər verir ki, martın 1-də keçiriləcək hərraca alıcıların diqqətini cəlb edə biləcək hava nəqliyyat vasitələri çıxarılacaq.

Belə ki, helikopter sahibi olmaq istəyənlər üçün yeni fürsət yaranıb. Dövlət Xidməti tərəfindən martın 1-də keçiriləcək hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq. Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan "Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan "Airbus EC-155B1” markalı helikopterlərdir.

Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10 faizi məbləğində (200 000 manat) behi ödəməklə hərracda iştirak edə bilərlər.

Hərraca çıxarılan helikopterlərin siyahısı, fotoları ilə burada ətraflı tanış olmaq olar: (https://bit.ly/3H9Qhke).

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26