Interposta.Info

Tovuzda 33 yaşlı qadın itkin düşdü - FOTO

Gündəm
 13-06-2022, 11:44     410

Tovuzda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "İnterPosta"ya verilən məlumata görə, Tovuz rayon Əlibəyli kənd sakini, 1989-cu il təvəllüdlü Günel Mürşüdova may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Həmin şəxs 160 santimetr boyunda, orta bədən quruluşlu və ruhi xəstədir.

Evdən çıxarkən onun əynində qırmızı rəngli köynək, qara rəngli şalvar və qırmızı rəngli yay ayaqqabısı olub.

Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022 315 00 94 şəhər və (070) 213 64 00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26