Interposta.Info

Salyanda yeniyetmə itkin düşüb

Ölkə
 30-04-2022, 12:30     332

Salyan sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan rayonu Kürsəngi kənd sakini X.Məmmədova cari ilin mart ayının 8-də Rayon Polis Şöbəsinə müraciət edərək, 7 mart tarixində oğlu, 2008-ci il təvəllüdlü H.Hacıyevin yaşadıqları evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat verib.

H.Hacıyevin əlamətləri belədir: boyu 170 sm., arıq bədən quruluşlu, sarışın və qısa saçlı. Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə və 055-390-87-87 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26