Interposta.Info

Daha bir qadın itkin düşdü: üç uşağı ilə birlikdə (FOTO)

Ölkə
 27-08-2019, 19:00     10 507

Siyəzəndə 30 yaşlı qadın itkin düşüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "İnterPosta.info"-ya verilən məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Gülnar Həmzəliyevanın əlamətləri belədir: boyu 155 sm, yumru sifətli, kök bədən quruluşlu, şabalıdı saçlı. Gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin, Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 077-390-70-75 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İnterPosta.info

Daha bir qadın itkin düşdü: üç uşağı ilə birlikdə (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26