Interposta.Info

Gəncədən Bakıya gələn şəxs itkin düşüb - FOTO

Ölkə
 7-04-2020, 10:25     495

Gəncə şəhər sakini evdən çıxaraq geri qayıtmayıb.

Bu barədə “Report”un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilir ki, Gəncə şəhər sakini, ruhi xəstə, 1969-cu il təvəllüdlü Elsevər Sadıxov martın 26-da yaşadığı evdən çıxıb və Bakı şəhərinə gedərək itkin düşüb.

E. Sadıxovun əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, saçları ağ-qara rəngdədir. Evdən çıxan zaman onun əynində göy cins şalvar, şabalıdı rəngli gödəkcə, ayağında qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və onun barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-266-33-75 şəhər və (055) 687-13-73 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26