Interposta.Info

Bakıda 14 yaşlı yeniyetmə itkin düşüb - FOTO

Ölkə
 28-05-2018, 17:24     10 726

Bakıda 14 yaşlı yeniyetmə itkin düşüb.

"Report"un məlumatına görə, bu barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə itkin düşən yeniyetmə Ağayev Asim Faiq oğlunun atası Faiq Ağayev məlumat verib.

O bildirib ki, 2004-cü il təvəllüdlü oğlu Asim Ağayev bu ilin aprelin 23-də yaşadıqları Xəzər rayonu Mərdəkan qəsəbəsindəki evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun sözlərinə görə, Asim qardaşı Rafiq Ağayevlə birlikdə metronun "Koroğlu" stansiyasına doğru gedib. Həmin gündən etibarən evə qayıtmayıb.

Boyu 120 sm, orta bədən qurluşlu, Asim Ağayev evdən gedərkən əynində qara gödəkcə, cins şalvar və ağ rəngdə idman ayaqqabısı olub. Onu görən şəxslərdən (012) 454-22-22, (012) 454-19-17 və (050) 389-70-31 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

interposta.info

Bakıda 14 yaşlı yeniyetmə itkin düşüb - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26