Interposta.Info

Xırdalanda 8-ci sinif şagirdi itkin düşüb -

Ölkə
 22-09-2017, 19:36     10 715

Xırdalanda 8-ci sinif şagirdi itkin düşüb.

Məktəblinin anası Pünhan Cəfərova APA TV-yə bildirib ki, oğlu Ülvi Cəfərov Abşeron rayonu Xırdalan şəhəri 3 saylı orta məktəbin 8-ci sinif şagirdidir.

Onun sözlərinə görə, sentyabrın 21-də saat 19:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Ülvi həftədə 3 dəfə qonşu binada yaşayan müəllimin yanına hazırlığa gedir. Müəllimi Ülvinin dünən onların evinə gəlmədiyini bildirib.

Evdən çıxarkən əynində açıq mavi rəngli cins şalvar, göy köynək, qolunda qara rəngli saat olub. Əlamətləri - boyu 1.60 sm, gözünün rəngi qonur, saçı tünd qəhvəyi rəngdədir.

Ülvi barədə məlumatı olanlardan (012) 342-18-41 və ya Abşeron RPİ-nin növbətçi hissəsinə məlumat vermələri xahiş olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26